Cəfərov Elçin Qənbər oğlu
Qarabağ Regional Mədəniyyət İdarəsi
Rəis müavini
Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Cəfərov Elçin Qəmbər oğlu Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Elçin Cəfərov 1974-cü ildə anadan olub. 1991-ci ildə Bakıdakı T.Q.Şevçenko adına 5 saylı orta məktəbi, 1995-ci ildə Azərbaycan Universitetini “Beynəlxalq iqtisadi əlaqələr” üzrə bakalavr, 1999-cu ildə isə “Beynəlxalq iqtisadi munasibətlər” üzrə magistr pilləsini bitirib. 2000-ci ildə AMEA, Təhsil Nazirliyi və BP-AMOKO şirkətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın neft strategiyası” mövzusunda gənc alimlər arasında keçirdiyi ümumrespublika müsabiqəsinin qalibi olub. 2003-cü ildə Gürcüstanda “XXI əsrdə beynəlxalq münasibətlərin perspektivləri”nə həsr edilən yay universitetinin, 2010-cu ildə ABŞ-ın Corciya Dövlət Universitetinin J.Mack Robinson Biznes Kollecinin Bakıda təşkil etdiyi “Müasir dövrdə təhsilin idarə edilməsi” biraylıq təlim kursunun beynəlxalq sertifikatına layiq görülüb. 2001-2018-ci ilərdə Türkiyə, Macarıstan, Finlandiya, Avstriya və İspaniyada elmin müxtəlif mövzularına həsr edilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib. 1995-ci ildə Azərbaycan Universitetində laborant kimi əmək fəaliyyətinə başlayıb. 1995-1996-cı illərdə hərbi xidmətdə olub.Sonrakı illərdə Azərbaycan Universitetində müəllim (1999), baş müəllim (2005) və 2013-2019-cu illərdə “Monitorinq və qiymətləndirmə” şöbəsinin müdiri olub. 2004-2009-cu illərdə AR MN Ali Hərbi Akademiyasında, 2012-2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim kimi mühazirələr deyib. 2004-2012-ci illərdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzində iqtisadçi-redaktor vəzifəsində çalışıb. 2016-2020-ci illərdə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin eksperti olub.İqtisadiyyat, beynəlxalq münasibətlər, davamlı iqtisadi inkişaf, təhsilin idarə edilməsi və s. mövzularına aid onlarla məqalələri yerli və xarici elmi jurnallarda nəşr edilib. İngilis, türk, rus dillərini bilir. Ailəlidir, 2 övladı var.
Telefon: 0212755154
Faks: 0212755154
Qəbul günləri: Həftənin 3-cü günü saat 10:00-13:00 14:00-16:00