Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əliyev Azər Arif oğlu

Qarabağ Regional Mədəniyyət İdarəsi

Məsləhətçi (Laçın rayonu üzrə)

Əliyev Azər Arif oğlu 06.05.1985-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olmuşdur. 1991-ci ildə Ağdam rayon Qiyaslı kənd orta məktəbinin birinci sinifinə getmiş. Birinci Qarabağ müharibəsi ilə əlaqədar olaraq, 1993-cü ildə Ağdam rayonunun böyük bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində orta təhsilində müvəqqəti fasilə yaranmışdır. 1994-cü ildən isə yarımçıq qalmış orta təhsilin Bərdə rayonunda yerləşən Ağdam rayon 11 saylı köçkün tam orta məktəbində davam etdirib, 2004-cü ildə 11-ci sinifi bitirmişdir. 2004-cü ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub, 2008-ci ildə həmin universiteti ali bakalavr tarixçi, tarix müəllimi ixtisası üzrə bitirmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə müddətli həqiqi hərbi xidməti başa vurub ordu sıralarından tərxis olunmuşdur. 2009-2014-cü illər ərzində dövlət təyinatına uyğun olaraq, Saatlı rayon Qara Nuru kənd tam orta məktəbində tarix müəllimi işləmişdir. 01 oktyabr 2014-cü ilindən isə Azərbaycan Respublikası Prezidenti yanında Dövət Qulluğu Məsələləri Komissiyasının dövlət qulluğuna qəbulla əlaqədar keçirdiyi imtahanın müsabiqə və müsahibə mərhələsini uğurla keçərək, Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsinə kiçik dövlət qulluqçusu olaraq məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan şəhər, rayon mədəniyyət və turizm şöbələrinin ləğv edilərək onların yerində yeni yaradılacaq regional mədəniyyət və turizm idarələri ilə əlaqədar olaraq,  01 noyabr 2016-cı il tarixindən sturuktur dəyişikliyi və ştatların ixtisarı ilə bağlı Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi vəzifəsindən azad olunmuşdur. 16 yanvar 2017-ci il tarixindən, 27 iyun 2018-ci il tarixinədək keçmiş mədəniyyət və turizm şöbələrinin yerində yeni yaradılmış, Ağcabədi Regionl Mədəniyyət və Turizm İdarəsində məsləhətçi vəzifəsində çalışmışdı. 27 iyun 2018-ci il tarixindən hal-hazıradək Ağcabədi Regionl Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində işləyir. 2-ci dərəcə dövlət qulluqçusudur. Ailəlidir iki övladı var.  

Telefon: 050 343 74 85

Faks: yoxdur

E-poçt: mr.azer.eliyev1990@mail.ru