Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Adilov Zaur Adil oğlu

Qarabağ Regional Mədəniyyət İdarəsi

Baş mühasib

Adilov Zaur Adil oğlu, 1972-ci ildə Ağcabədi rayonunda anadan olmuş. 1979-cu ildə şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1990-cı ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun daxil olmuş, 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanika fakultəsini bitirmişdir. 1996-cı ildə H.Z.Tağıyev adına Maliyyə-İqtisad kollecinə daxil olmuş, 2000-ci ildə həmin kollecin mühasibat-uçot və audit fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1995-ci ildən başlamış, 1995-1996-cı illərdə Ağcabədi Uşaq xəstəxanasında mexanik, 1997-1998-ci illərdə Ağcabədi Telekommunikasiya Qovşağında (TKQ) elektro-mexanik, 1998-2000-ci ildə TKQ-nın mühasibi, 2000-2003-ci ildə TKQ-nın baş mühasibi, 2003-2006-cı ildə TKQ-nın Abunə şöbəsinin rəisi, 2006-cı ildə 2016-cı ilə kimi Azərpoçt MMC-nin Ağcabədi Poçt Filialının baş mühasibi-rəisi, 2016-cı ildən 2018-ci ilə kimi Ağcabədi Poçt Filialının rəisi, 2018-ci ildən “ZA Counsoulting” şirkətinin direktoru, 2018-ci ildə 2019-cu ilə kimi “OLERNİ LTD” MMC-nin direktor müavini, 2020-ci ildən 2021-ci ilə kimi 8 saylı Gəncə Regional Ərazi Maliyyə hesablaşma idarəsinin mühasibi işləmişdir. 2021-ci ilin noyabr ayından Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş mühasib vəzifəsinə təyin edilmişdir. 1996-cı ildən YAP ilk təşkilatının üzvü, ehtiyyatda olan zabitdir. Ailəlidir, 2 övladı vardır.

Telefon: 0212755153

Faks: 0212755154

Qəbul günləri: Həftənin 3-cü günü saat 09:00-13:00 14:00-18:00