Məmmədova Səyyarə Nizami qızı
Qarabağ Regional Mədəniyyət İdarəsi
Ağdam rayonu üzrə Nümayəndə
Məmmədova Səyyarə Nizami qızı 14.07.1982-ci ildə Ağdam rayonu Əhmədavar kəndində anadan olmuşdur. 1999-cu ildə Ağdam 2 saylı tam orta məktəbi bitirmişdir. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr, 2003-2006-cı illərdə magistr təhsili almışdır.2000-ci ildə Relief İnternational-Azerbaijan tərəfindən təşkil olunmuş "Azərbaycan Sülh və Dözümlülük təhsili: 21-ci əsr üçün birgə strategiyalar" mövzusunda Bakı şəhərində təlimdə iştirak etmişdir.May-avqust 2004-cü il tarixlərində Danimarka Qaçqınlar Şurasının dəstəyi ilə CRİNGO şəbəkəsi çərçivəsində əməkdaşlıq layihəsinin bir hissəsi olan Azərbaycan-Gürcüstan Respublikalarının məcburi köçkün və qaçqın məktəblərinin müəllimləri üçün təşkil olunmuş "Münaqişələrin həlli və sülh quruculuğu bacarıqları barədə" Beynəlxalq Təlim Kursunda iştirak etmişdir. 17 aprel 2011-ci il tarixində Hüquqşünas Qadınlar Assosiasiyası tərəfindən Bərdə şəhərində "İnsan alveri problemi sahəsində maarifləndirmə" mövzusunda təşkil olunmuş təlimdə iştirak etmişdir.Yanvar 2008-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Avropa Komissiyasının dəstəyi ilə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti tərəfindən həyata keçirilən "Azərbaycanda Məcburi Köçkünlər və Qaçqınlar üçün Gender ilə bağlı Zorakılığın Aradan Qaldırılması" adlı layihə çərçivəsində təşkil olunmuş kompüter kurslarında iştirak etmişdir.26 avqust 2019-cu ildə Bakı şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qaçqın və Məcburi köçkünlərlə keçirilən ad günündə iştirak etmişdir.16,17 və 18 dekabr 2011 ci il tarixlərində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Avropa Birliyinin Açıq Cəmiyyət İnstitutu Budapeşt ofisinin maliyyə dəstəyi ilə "Gender Bərabərliyi və Qadın Təşəbbüsləri" İctimai birliyi tərəfindən təşkil olunmuş "Məişət Zorakılığı barəsində ictimai məlumatlandırma kampaniyası" çərçivəsində təlimdə iştirak etmişdir. 2015-ci ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "UNİVERSAL" Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən ixtisasartırma kursunda iştirak etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə 01 aprel 2022-ci il tarixdə Səyyarə Məmmədova Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayonu üzrə Nümayəndəsi vəzifəsinə təyin edilmişdir Ailəlidir, iki övladı var.
Telefon: 0263250083
Faks: 0263250083
Qəbul günləri: IV gün 09.00-12.00