Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Ağcabədi şəhəri
Ağcabədi rayonu Respublikanın mərkəzində Kür-Araz ovalığında, Kür çayının sağ sahilində yerləşir. Raoynda isti səhra və yarımsəhra iqlimi müşahidə olunur. Burada orta illik temperatur +14 С- dir. «Ağgöl» dövlət qoruğu bu rayonun ərazisində yerləşir. Hüsülü, Boyat, Qoşaltı və Hindarx kəndlərinin yaxınlığında tunc dövrünə aid kurqanlar var. məşhur bəstəkar Üzeyir Hacıbəyov Ağcabədidə anadan olmuşdur. Tanınmış yazıçı və draturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın ev muzeyi isə Kəhrizli kəndindədir. Harada qalmaq olar Mehmanxana Tel. 4 08 33, Qonaq Evi. Harada nahar etmək olar «Aygün», «Ozan», «Şirin» restoranları öz ləziz yeməklərini turistlərə təklif edir.