Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Yusifcanlı kənd mədəniyyət evində ”Novruz ”bayramı münasibətilə “Bahar gəlir elimizə”adlı tədbir keçirilib

18.03.2023

17 mart 2023-cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Yusifcanlı kənd mədəniyyət evinin və Qasımbəyli köçkün qəsəbə tam orta məktəbin birgə təşkilatçılığı ilə "Novruz "bayramı münasibətilə “Bahar gəlir elimizə”adlı tədbir keçirilib.Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi. Qasımbəyli köçkün qəsəbə tam orta məktəbinin direktor əvəzi Əlizamin Niftalıyev, Yusifcanlı kənd mədəniyyət evinin müdiri Alim Cəfərov və vətən müharibəsinin qazisi Şahbaz İsmayılov çıxış edərək bildirdilər ki, Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir.Bayram tədbirində  müxtəlif musiqi nömrələri səsləndirilmiş,xalqımızın qədim dövrlərdən süzülüb gələn Novruz adət və ənənələri,müxtəlif şeir parçaları tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

#AĞDAM #mədəniyyət #Novruz #Bayram #YUSİFCANLIKƏND MƏDƏNİYYƏT EVİ.

 

 

251.8 KB

 

125 KB

 

139.4 KB

 

106.1 KB

 

211.3 KB