Ağcabədi Regional Mədəniyyət İdarəsi
Xəbərlər
Ağdam rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil edilib
Warning: date(): It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected the timezone 'UTC' for now, but please set date.timezone to select your timezone. in /home/mct/public_html/mctgov.az/agdjabedy/inc/preview/main.php on line 267

29.03.2023
29 mart 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam rayon 97 saylı köçkün tam orta məktəbinin şagirdlərinin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil edilib.
Əvvəlcə şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verildikdən sonra dəyirmi masa təşkil edilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərkəzin əməkdaşı Elçin Cəfərov tərəfindən şagirdlərə Mart soyqırımı haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda Mart soyqırımına həsr edilmiş film nümayiş etdirilib.