Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

12.11.2018

12 noyabr 2018-ci il tarixdə Ağcabədi rayon Mərkəzi kitabxanası Tarix-Diyarşünaslıq Muzeyi ilə birlikdə “Müstəqil Azərbaycanın ilk Konstitusiyası” başlığı altında tədbir keçirib.Əvvəlcə tədbir iştirakçıları Mərkəzi kitabxananın hazırladığı sərgiyə baxış keçirdilər.Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Təranə Məmmədova açaraq bildirdi ki, Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Tədbirdə MKS-nin direktoru Məhəbbət Əliyeva, Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Səlminaz Rəhimova, Xidmət şöbəsinin kitabxanaçısı Firuzə Həsənova və başqaları çıxış etdilər.Çıxış edənlər hər biri Konstitusiyamızın  insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəldiyini qeyd etdilər.Tədbirin sonunda Tarix-Diyarşünaslıq Muzeyinin hazırladığı  video-çarx nümayiş etdirildi.