14.07.2025
Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 56-cı ildönümü münasibətilə "14 iyul 1969-cu il -Tarixi dönüş nöqtəsi" adlı dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, onun 1969-cu ildən başlayan siyasi fəaliyyəti haqqında çıxışlar edilib. Çıxış edənlər Heydər Əliyev irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb, onun rəhbərliyi ilə əldə olunan nailiyyətləri xüsusi qeyd ediblər.