Xocalı şəhidlərini əks etdirən muzey, Tarixdiyarşünaslıq muzeyi və kitabxanalar haqqında
Xocalı şəhidlərini əks etdirən muzey 26 fevral 2010- cu ildən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Xocalı küçəsinin kəsişməsindəki küçədə 95 nömrəli evdə yerləşir. Muzeyin sahəsi 62 kvm - dir. Muzeydə müxtəlif növ eksponatlar vardır. 16 ədəd xocalı soyqırımına aid fotoşəkillər, 7 ədəd Xocalı xatirələrini əks etdirən fotoşəkillər, 12 ədəd Milli Qəhrəmanlarımızın şəkilləri, rayon üzrə şəhid olanların şəkilləri 96 ədəd (22- si polis şəkilləri), Xocalı rayonunu inzibati xəritəsi və Xocalı şəhərinin planı 1 ədəd, 26 fevral Xocalı soyqırımını əks etdirən 1 ədəd böyük stent, Bakı şəhərindəki Xocalı abidəsini əks etdirən böyük 1 ədəd stent vardır.
Muzeyə il ərzində orta hesabla 2700 nəfər ziyarətə gəlir, bunlardan il ərzində orta hesabla 800 nəfəri məktəblilərdən ibarətdir. Muzeydə xatirə kitabı açılmışdır. Bu vaxta qədər 18 nəfər rəsmi qonaqlar öz ürək sözlərini və təkliflərini xatirə kitabına yazmışlar. Muzeyin ümumi vəziyyəti normaldır və təmirə ehtiyacı yoxdur.
Rayonda 1 Mərkəzi Kitabxana və 14 kitabxana filialları fəaliyyət göstərir. Mərkəzi Kitabxana 2012- ci ildən Aşağı Ağcakənd qəsəbəsində fəaliyyətdədir. Kosalar kəndindəki 2 kitabxana Yaloba kənd Mədəniyyət evində, Kərkicahan qəsəbə kitabxanası Kərkicahan qəsəbə klubunda, Cəmilli kitabxanası Cəmilli İcra nümayəndəliyində, Meşəli kitabxanası Meşəli qəsəbəsindəki kitabxana binasında yerləşir. Digər kitabxanalar isə şəxsi evlərdə fəaliyyət göstərirlər.
Yeni salınmış qəsbələrdə 3 kitabxana fəaliyyət göstərir. (Aşağı Ağcakənd, Börü və Meşəli). Kitabxanalardan 4- ü tam təmirlidir (Cəmilli, Kərkicahan, MKS və Meşəli kitabxanaları). 11 kitabxananın təmirə ehtiyacı vardır. Rayon üzrə bütün kitabxanalar istilik sistemi ilə təchiz edilmişdir. Mərkəzləşmiş Kitabxana Sisteminin maliyyələşməsi Mədəniyyət və Turizm şöbəsi tərəfindən, kənd kitabxanalarının maliyyləşməsi isə kənd icra nümayəndəlikləri tərəfindən ödənilir. Ümumilikdə bütün kitabxanalarda 50 nəfər işçi çalışır. Rayon üzrə oxucu sayı 4700 nəfər, daimi oxucu sayı isə 3480 nəfər təşkil edir. Kitabxanalarda rayon üzrə 50294 ədəd kitab vardır. (Bunlardan 23567 ədəd kiril, 26727 ədəd isə latın qrafikalı kitablardan ibarətdir).
Müxtəlif illərdə rayon kitabxanalarına gətirilən kitabların sayı aşağıdakı kimidir:
- 2005- 2006- cı illərdə 12010 ədəd.
- 2007- 2008 -ci illərdə 9575 ədəd.
- 2009- 2010- cu illərdə 4000 ədəd.
- 2011-ci ildə 1142 ədəd kitab.
- 2012-ci ildə isə 254 ədəd kitabxanalara verilmişdir.
1991-ci ildən etibarən Yaloba kənd Tarixdiyarşünaslıq muzeyi fəaliyyət göstərir.Muzeyin sahəsi 70 kvm-dir.Muzeydə 10 işci çalışır.Ümumilikdə muzeydə 1200 ədəd müxtəlif növ eksponatlar vardır.Bunlardan 70-i maddi-məişət əşyaları,Heydər Əliyev bölməsi,Şəhidlərlə bağlı bölmə,Milli qəhrəmanlarla bağlı bölmə, Müstəqilliklə bağlı bölmə,50 ədəd müxtəlif növ qəzetlər və 40 ədəd kitablar vardır.İl ərzində orta hesabla muzeyi 2600 nəfərdən çox insanlar ziyarət edir.
Xocalı şəhər 4 №li tam orta məktəbinin kitabxanası haqqında
Xocalı şəhər 4 №li tam orta məktəbinin kitabxanası 15.09.2003-cü ildən Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yaradılmışdır.Kitabxana otağının sahəsi 20 kvm-dir.Kitabxana fərdi qazanxana ilə qızdırılır və heç bir təmirə ehtiyac yoxdur.Məktəbin kitabxanasında 1 nəfər işçi çalışır.Kitabxanada 3840 ədəd kitab, o cümlədən 2840 ədəd dərslik və 1000 ədəd bədii ədəbiyyat vardır.Kitabxanada oxucu müəllim sayı 28 nəfər, oxucu şagird sayı 206 nəfərdir.Bunlardan 16 nəfər müəllim və 173 nəfər şagird daimi oxuculardır.Kitabxananın maliyyələşməsi Xocalı rayon Təhsil Şöbəsi vasitəsi ilə həyata keçirilir.
Xocalı rayon uşaq musiqi məktəbləri haqqında ümumi məlumat.
1 saylı uşaq musiqi məktəbi:
Yeni tikilmiş inzibati binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Goranboy rayonu ərazisində yeni salınmış qəsəbədə, musiqi məktəbi yüksək standartlara cavab verən müasir məktəbdə fəaliyyət göstərir.
Müəllimlərin sayı 40 nəfər, texniki işçilər 5 nəfər, şagirdlər 130 nəfər. Qəbul 30, buraxılış 18 nəfər.
Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, xor kollektivi.
Nailiyyətləri: Ümumrespublika üzrə keçirilən festivallarda müxtəlif yerlərə layiq görülmüşlər.
2 saylı uşaq musiqi məktəbi
Uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Bakı şəhər Pirşağı qəsəbəsi
Müəllimlərin sayı 27, texniki işçilər 2, şagirdlər125 nəfər. Qəbul 25, buraxılış 14 nəfər.
Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, kamança.
3 saylı uşaq musiqi məktəbi
Yeni tikilmiş inzibati binada fəaliyyət göstərir.
Yerləşdiyi ünvan: Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi.
Müəllimlərin sayı 38, texniki işçilər 1, şagirdlər 140. Qəbul 30, buraxılış 24 nəfər.
Tədris şöbələri: Tar, qarmon, F-no, səs, nağara, kamança, saz.
Xocalı rayon mədəniyyət müəssisələri haqqında məlumat
S/s |
Müəssisənin adı |
Müəssisənin rəhbərinin soyadı, adı və atasının adı |
Müəssisənin ünvanı |
Əlaqə telefonu |
1 |
1 nömrəli Uşaq musiqi məktəbi |
Aşırov Ziya Həsən oğlu |
Goranboy şəhəri yeni yaşayış massivi |
(051) 433 05 33 |
2 |
2 nömrəli Uşaq musiqi məktəbi |
Mirzəyev İmran Lətif oğlu |
Bakı şəhəri Pirşağı qəsəbəsi |
(055) 670 77 07 |
3 |
3 nömrəli Uşaq musiqi məktəbi |
Hümbətov Rüstəm Yaqub oğlu |
Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi |
(022) 24 74 7 05 (051) 867 61 77 |
4 |
Xocalı rayon mədəniyyət evi |
Məmmədov Orxan Eyvaz oğlu |
Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi |
(051) 780 32 72 |
5 |
Kosalar kənd mədəniyyət evi |
Məhərrəmov Ramiz Təhməz oğlu |
Gəncə şəhər yeni qəsəbə 2 |
(050) 648 34 81 |
6 |
Xocalı şəhər 1 nömrəli klub |
Həsənova Nəzani Qaçay qızı |
Goranboy şəhəri yeni yaşayış massivi |
(055) 759 22 14 |
7 |
Xocalı şəhər 2 nömrəli klub |
Həsənov Səbuhi Göyüş oğlu |
Bakı şəhəri Pirşağı qəsəbəsi |
(055) 703 80 55 |
8 |
Xocalı şəhər 3 nömrəli klub |
Şahmuradov Vüqar Sahib oğlu |
Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsi |
(050) 318 86 65 |
9 |
Xocalı şəhər 4 nömrəli klub |
Həsəsnova Heyran Qaçay qızı |
Bakı şəhəri Pirşağı qəsəbəsi |
(050) 648 41 08 |
10 |
Xocalı şəhər 5 nömrəli klub |
Şahverdiyeva Diliş Ədalət qızı |
Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi |
(051) 991 02 54 |
11 |
Kərkicahan qəsəbə klubu |
Əhmədova Arifə Qulu qızı |
Gəncə şəhər Texniki peşə məktəbinin yataqxanası |
(055) 644 37 90 |
12 |
Cəmilli kənd klubu |
Salahova Afilə Əvəz qızı |
Goranboy rayonu Börü qəsəbəsi |
(051) 832 55 53 |
13 |
Həsənabad kənd klubu |
Allahverdiyeva Günel Fizuli qızı |
Mingəçevir şəhəri yeni yaşayış massivi |
(02427) 5 34 20 |
14 |
Yaloba kənd klubu |
Məmmədov Rafael Şahlar oğlu |
Gəncə şəhər yeni qəsəbə 2 |
(050) 620 98 87 |
15 |
Başkənd kənd klubu |
Məmmədova Zəhra Qasım qızı |
Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsi |
(050) 548 44 19 |
16 |
Canhəsən kənd klubu |
Əliyev Nizami Qasım oğlu |
Şəki şəhəri Çələbixan qəsəbəsi |
(051) 461 36 36 |
17 |
Cavadlar kənd klubu |
Quliyeva Bəsirə Xaspolad qızı |
Gəncə şəhər yeni qəsəbə 2 |
(050) 997 26 65 |
18 |
Qaragav kənd klubu |
Əliyev İlham Bəbir oğlu |
Oğuz rayonu Turist bazası |
(050) 334 16 12 |
19 |
Meşəli kənd klubu |
Mehrəliyev Vidadi Məmməd oğlu |
Goranboy rayonu Meşəli qəsəbəsi |
(051) 445 14 77 |
20 |
Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi |
Məmmədov Tofiq Şahlar oğlu |
Gəncə şəhər Yeni qəsəbə 2 |
(050) 396 90 23 |
21 |
Mərkəzi Kitabxana |
Məmmədov Bəhram Bahatur oğlu |
Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi, Asəf Qəhrəmanov küçəsi |
(022) 247 46 53 (050) 894 24 64 |
22 |
1 №-li Şəhər kitabxana filialı |
Usubova Əsmər Şahsöyün qızı |
Binəqədi rayonu, Növxanı qəsəbəsi, Əlvan Metal Pansionatı |
050 653 90 64 |
23 |
Kərkicahan qəsəbə kitabxana filialı |
Sayılova Diləfruz Yelmar qızı |
Bərdə şəhəri, Elçin Əsədov küçəsi, ev 47 |
050 594 29 55 |
24 |
Kosalar kənd kitabxana filialı |
ƏliyevaTamilə Saday qızı |
Gəncə Yeni qəsəbə 2 |
050 684 57 20 |
25 |
Cavadlar kənd kitabxana filialı |
İbrahimova Firəngiz Seymur qızı |
Gəncə Yeni qəsəbə 2 |
070 613 88 58 |
26 |
Yaloba kənd kitabxana filialı |
Əsgərova Yeganə Kərəm qızı |
Gəncə Yeni qəsəbə 2 |
050 481 05 77 |
27 |
Başkənd kənd kitabxana filialı |
Əliyeva Təranə Seymur qızı |
Agdaş rayonu, Maşad kəndi. |
070 610 55 46 |
28 |
Canhəsən kənd kitabxana filialı |
Məmmədova Könül Mustafa qızı |
Şəki şəhəri, Cələbixan qəsəbəsi |
050 726 26 12 |
29 |
Qaragav kənd kitabxana filialı |
Əliyev Əhməd Qaçay oğlu |
İsmayıllı rayonu, Tubukənd kəndi |
055 982 32 39 |
30 |
1 №-li Cəmilli kənd kitabxana filialı |
Əliyeva Zülfiyə Əziz qızı |
Bərdə şəhəri 588 nömrəli Yeni qəsəbə |
050 983 09 96 |
31 |
2 №-li Cəmilli kənd kitabxana filialı |
Türbəndiyeva Hicran Sadıx qızı |
Goranboy rayonu, Börü qəsəbəsi |
050 592 41 22 |
32 |
Meşəli kənd kitabxana filialı |
Hacızadə İsmət Bayram oğlu |
Goranboy rayonu, Meşəli qəsəbəsi |
050 572 30 04 |