Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Ağdam

Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. Ağdamda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz - furnitur. Traktor və avtomobil təmiri, asfalt, konserv, yağ - pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları. Tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət - xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi və Ü. Hacıbəyov adına musiqi texnikumları, Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.