Laçın Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 387 №li 17.10.1990-cı il tarixli əmrinə əsasən yaradılmışdır və qalereyanın 7 işçisi var. Laçın Dövlət Rəsm Qalereyası Bakı şəhəri, Qaradağ rayon “Qobu Park 2” bina 16-da 90 km sahəsi olan 4 otaqda fəaliyyət göstərir. Qalereyanın nəzdində 12 nəfərdən ibarət rəsm dərnəyi fəaliyyət göstərməkdədir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda 103 ədəd əsər var. Bunlardan 11 ədədi tətbiqi-incəsənət əsərləridir, 14 ədədi kətan üzərində yağlı boya ilə işlənmiş əsərlərdir və digərləri müxtəlif texnikalarla işlənmiş əsərlərdi. Bundan başqa, qalereyanın fondunda 4 ədəd stend və “Uşaq aləmi” adlı bölmədə isə istedadlı uşaqların kağız üzərində rəngli karandaşlarla və flamasterlə çəkilmiş şəkilləri yer alır.
lacin_83@mail.ru