Laçın Tarix və Diyarşünaslıq Muzeyi – Azərbaycan Respublikasının Laçın rayonunda 1974-ci ilidən 1992ci ilin may ayına qədər fəaliyyət göstərmiş, işğal olunmuş muzeylər siyahısına daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri.
Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Bu bina Sovet Hakimiyyətinin ilk illərində Pedoqoji Texnikom üçün nəzərdə tutulsada sonralar burada şəhər VIII illik məktəb kimi də fəaliyyət göstərmişdir.
Muzeyin ümumi sahəsi 1200 kv/metr-dən çox idi. Muzey bir dəhlizdən, 24 otaqdan, 1 nümayiş salonundan və 72kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyalar açıq havada nümayiş etdirilirdi.
1983-cü ildən 1992-ci ilə qədər muzey tərəfindən geniş şəkildə ekspoziyalar təşkil olundu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponatlar toplandı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olmuşdur. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq Muzeylərə baxış müsabiqəsində qalib seçilmiş və direktoru ilə birgə xüsusi medalla təltif olunub. 1992-ci ildə Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmayıb.
Muzey kompleksi tamamilə dağıdılaraq yerlə yeksan edildi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, sujetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar sındırılaraq məhv edildi. Beş mindən çox qiymətli eksponat talan edilərək Ermənistan Respublikasına aparıldı və hazırda Laçın Tarix-Diyarşünaslıq Muzeyinin talan olunmuş eksponatları bir sıra ölkələrdə “erməni maddi mədəniyyət nümunələri kimi” nümayiş etdirilir.
18 may 1992-ci il tarixdə Laçın rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Əhməd Rəcəbli küçəsi, 5 “B” ünvanında Əliş Quliyev adına 2 nömrəli Bakı Peşə Məktəbinin tədris korpusunun 2-ci mərtəbəsində ayrılmış sinif otağında bərpa etmişdir. Hazırda muzeyə Nuruyeva Türkanə Atəş qızı rəhbərlik
lachin.museum@bk.ru