Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Xocavənd rayon Uşaq Musiqi Məktəbi

   Xocavənd rayon Uşaq Musiqi məktəbi 26 avqust 1996- cı il tarixindən Beyləqan şəhərində fəaliyyətə başlamışdır. 2014- cü ildə Xocavənd rayonu ərazisində salınmış 320 ailəlik qəsəbədə müasir tipli yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Məktəbdə 112 yerlik zal, 28 sinif otağı, 5 xidməti otaq, qazla işlədilən istilik sistemi olan qazanxana mövcuddur.Hazırda məktəbdə fortepiano, tar, kamança, qarmon,nağara, xanəndəlik ixtisası üzrə 187 şagird təhsil alır.

Məktəbdə 31 nəfər müəllim çalışır.Müəllimlərdən 5 nəfəri alitəhsillidir.

 Məktəbimiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən müsabiqə və festivallarda, eləcə də rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlərdə və hərbi hissələrdə geniş konsert proqramları ilə çıxışlar edərək fəxri fərman və diplomlarla təltif olunmuşdur.

    

Ünvan:
Xocavənd rayon 320 ailəlik qəsəbə
Telefon:

tel: 0 21 225 33 61 mobil: 050 320 76 68 , 070 871 10 00

E-mail:

Xocavendum@mail.ru