Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Füzuli şəhər S. Şuşinski adına 1 nömrəli uşaq incəsənə məktəbi

Füzuli şəhər 1 nömrəli uşaq incəsənət məktəbi 1957-ci ildə Füzuli şəhərində fəaliyyətə  başlayıb. Məktəb fəaliyyətə başladığı müddətdən bu günə qədər yüzlərlə şagirdlər yetişdirib. Məktəbdə əksər musiqi alətləri  və bərabər  xanəndəlik, rəssamlıq, xoreoqrafiya  üzrə dərslər keçirilir. Füzuli rayonu işğal altında olduğu üçün məktəb Bakı şəhəri Nəsimi rayonu“ Mərdanov qardaşları 99”- ünvanında yerləşır. Məktəbimizi  bir çox ixtisaslar üzrə bitirən şagirdlərimizdən kollec və ali məktəblərə qəbul olunanlar, sonradan qayıdıb məktəbimizdə işləyən müəllimlərimiz çoxdur. Demək olar ki, məktəbdə işləyən müəllimlərin əksəriyyəti elə məktəbin öz məzunlarıdır. Hətta rayonumuzda yerləşən diğər musiqi məktəblərinin direktorlarının da çoxu bizim məktəbin məzunları olublar. 1985- ci ildə məktəbə incəsənət məktəbi statusu və həmin vaxtdan etibarən Şərqin böyük xanəndəsi Seyid Şuşınskinin adı verilib. Məktəb bütün fəaliyyəti dövründə həmişə öndə olmağa çalışıb və buna nail olub. 1986-cı ıldə Xankəndində keçirilən rayonlararası xor müsabiqəsində məktəbimiz xormeyster Məmməd Cavadovun rəhbərliyi ilə 70 nəfərlik heyətlə birinci yerə layiq görülüb.1999-cu ildə xanəndəlik üzrə respublika uşaq musiqi məktəblərinin baxış müsabiqəsində Səfərov Xəyal Soltan oğlu birinci dərəcəli laureat diplomuna və pul mükafatına layiq görülüb. 2011-ci ildə muğam müsabiqəsində iki sagirdimiz xanəndəlik üzrə diplom və mükafata layiq görülüblər. 2012-ci ildə “Xan Şuşınski adına respublika Muğam Festivali” nda iştirakına görə məktəbimizin şagirdi Kazımov Paşa Əfrahim oğlu Fəxri Fərmana layiq görülüb.2015-ci ildə Respublika Rəqs müsabiqəsində məktəbimiz fəxri kürsünün ən yüksək pilləsinə, 1-ci yerə layiq görülüb. 2016 cı ildə isə məktəb Respublika rəqs müsabiqəsində II yerə layiq görülüb. Belə uğurlar məktəbimizin tarixində kifayət qədərdir. 1957-ci ildə yaranan və fəaliyyət göstərən Füzuli rayon Seyid Şuşinski adına 1 saylı uşaq incəsənət məktəbi bu gün də öz işini əzmlə davam etdirir.   

Ünvan:
Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları 99.
Telefon:

(+99412) 597-34-94, mob:(+99450) 335-38-39