Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Bərdə rayon Yeni Əyricə kənd Xalq yaradıcılığı klubu

Yeni Əyricə kənd Xalq yaradıcılığı klubu 1994-ci ildən fəaliyyətə başlayıb. Klubda 80 nəfər oturacaq yeri var. Klubda iki dərnək: özfəaliyyət və rəqs dərnəkləri fəaliyyət göstərir.  Hər bir dərnəyin  10 nəfər üzvü var. Yeni Əyricə kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Klub işçiləri əhalinin marağına və yerli şəraitə uyğun olaraq öz işlərini  qurur.Yeni Əyricə kənd Xalq yaradıcılığı klubu  əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün  iş planına uyğun tədbirlər hazırlayıb keçirir. Ulu  nənə və babalarımızdan bizə miras qalan adət-ənənələrimizi indiki gənc nəslə  çatdırır. Yeni Əyricə kənd Xalq yaradıcılığı klubu bundan başqa gənclərimizi tez-tez toplayaraq onların vətənpərvər olmaları, vətənini sevmələri üçün onlarla söhbətlər aparır,  gənclərimizə  pis vərdişlərdən  uzaq durmaları tövsiyyə edir. 

Ünvan:
Bərdə rayon Yeni Əyricə kəndi