18.08.2021
Mərkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva tərəfindən Heydər Əliyev Mərkəzinin bələdçi vəzifəsi üzrə könüllüsü Zeynalova Nuranə Elman qızına Ulu Öndərin 1-ci,2-ci prezidentlik dövrü və Ağcabədi rayonuna səfərləri haqqında məlumatlar verilmiş, ekskursiya zamanı ziyarətçilərlə yaş qrupuna görə ünsiyyət qurulması və davranış qaydaları izah edilmişdir.
Bildiririk ki, 3 ay müddətində könüllülərə mərkəzdə sənədlərlə işləmək, ekskursiya aparmaq, tədbirlərdə təşkilatçılıq və digər işlər öyrədilir.
Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərmək istəyən hərkəs Heydər Əliyev Mərkəzinə müraciət edə bilər