Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Heydər Əliyev Mərkəzində ”Ailə Günü” münasibətilə tədbir keçirilib

05.05.2021

05 may  2021-ci il tarixdə Pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə “Ailə milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin daşıyıcısıdır” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan  Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək bildirmişdir ki, ailə insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin var olmaq , insanilik imkanlarının təsdiq ünvanıdır. Azərbaycan ailəçiliyi zamanlardan uca, dini tələblərdən yüksək xəlqi tələblər səviyyəsində varolma, yaşama tərzini mühafizə etməkdədir. Azərbaycanda dövlət ailə siyasətinin formalaşması  Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi.

Daha sonra Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyasiyasının məsul katibi Vüsalə Məmmədova,Aran qəzetinin baş redaktoru Məhsəti Ağayeva,GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşları Mirəli Mirəliyev,Röyalə Yaqubzadə çıxış edərək qeyd etmişdirlər ki, Ulu Öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Hər zaman ailələrə maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzində olmuşdur. Ümumiyyətlə,bu istiqamətdə son illər möhtərəm Prezident tərəfindən görülən tədbirlər,imzalanan fərman və sərəncamlar sayəsində həmin insanların bir çox problemləri artıq öz həllini tapmışdır.Bu gün dövlətimiz gənclərə böyük imkanlar yaradıb.Onlar da bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər.Sonda Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “Ailəmiz-ən dəyərli xəzinəmizdir” adlı film nümayiş etdirildi.