30.04.2021
30 Aprel tarixində Ramazan ayı ərəfəsində Ağdam rayonunda şəhid ailələri ilə görüş keçirildi. Görüşdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, Asif (FRED) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov, Qızıl Ay Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev, Ağdam rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov, Azərkitab Kitab Mərkəzinin əməkdaşı, ziyalılar iştirak etmişdir. Və sovqatlar təqdim edilmişdir.
Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Görüşdə bizə bu qələbəni yaşadan şəhidlərimizin həyatı, döyüş yolu haqqında geniş söhbət açılıb.
Görüşdə iştirak edənlər torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr etdiklərini, bir ömür boyu onlara borclu və minnətdar olduqlarını bildirdilər.
Hər birimizin ən böyük amalı, işi, vəzifəsi şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən igid Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq. Ruhunuz şad olsun,