Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”YAŞI AZ,HÜNƏRİ BÖYÜK ŞƏHİDİM” adlı onlayn görüş keçirilmişdir

28.04.2021

27 Aprel 2021-ci il tarixdə Ağdam rayon  Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Zoom  proqramında IIQarabağ müharibəsi iştirakçısı Şəhid Elvin İsizadə Azim oğluna həsr olunmuş "YAŞI AZ,HÜNƏRİ BÖYÜK ŞƏHİDİM" adlı onlayn görüş keçirilmişdir. Görüşü giriş sözü ilə Ağdam rayon Heydər Əliyev Mərkəzinin Fond Müdiri Elçin Cəfərov açaraq tədbir iştirakçılarını salamladı və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri aparmaq ücün sözü Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin direktoru  Fikrət Əliyevə verdi. Fikrət müəllim Şəhidimizin ailəsini tədbir iştirakçılarını salamladı. Vətən uğrunda canlarından keçən Şəhidlərimiz haqqında söhbət açdı. Sonra sözü tədbirin təşkilatçılarından olan Qaradağlı kənd Mədəniyyət evinin direktoru Zənurə Mirzəyevaya verdi. Zənurə müəllimə Şəhidin ailə üzvləri ilə birlikdə Şəhidimizin evindən tədbirə qoşulmuşdu. O tədbir iştirakçılarını salamladı. Sonra Şəhid  Elvinin anası Gülbəniz xanım danışdı.Onun keçdiyi qısa lakin şərəfli həyat yolundan məlumat verdi.Sonra Fikrət müəllim növbə ilə sözü Şıxbabalı kənd klubunun müdiri İlhamiz müəllimə ,Şairimiz Vəliyəddin Adil Ağdamlıya ,Üçoğlan kənd Mədəniyyət evinin direktoru Sevda xanıma ,Əliağalı kənd Mədəniyyət evinin direktoru Hicran xanıma ,Əliağalı kənd Mədəniyyət evinin təşkilatçısı Aynurə xanıma ,Çəmənli kənd Mədəniyyət evinin direktoru Şəfəq xanıma ,Qərvənd kənd klubunun müdiri Gözəl xanıma ,Xındırıstan kənd klubunun müdiri Samirə xanıma ,Şairimiz İlqar Boranoğluna ,Zəngişalı kənd Mədəniyyət evinin bədii rəhbəri Rahilə xanıma ,Qaradağlı kənd kitabxanasının müdiri İradə  xanıma,Xındırıstan kənd kulubunun təşkilatçısı Sona xanıma,Evoğlu kənd kulubunun müdiri Amalya xanıma,Ballar kənd kitabxanasının müdiri Ayşən xanıma verdi.Bu günki Azadlığımızı bizə bəxş edən Elvinin simasında cəmi Şəhidlərimizə  Allahdan rəhmət dilədilər .Sonda Elçin müəllim və Fikrət müəllim Şəhidimizin ailə üzvlərinə, tədbirin  təşkilatçılarından olan Zənurə müəlliməyə və tədbir iştirakçılarına minnətdarlıqlarını bildirdilər.