24.12.2020
Hörmətli cənab Prezident!
Vətən üçün ağır zəhmət və gərgin fəaliyyətinizə, Qarabağın azadlığına rəhbərliyinizə və möhtəşəm zəfərlə keçirdiyimiz qürura görə, Ağcabədi Regional Mədəniyyət İdarəsinin (Ağcabədi, Ağdam, Laçın) kollektivi adından Sizə böyük təşəkkür və minnətdarlıq edirik.
Əminik ki, rəhbərliyinizdə, dövlətimiz və ordumuz daha da güclənib, möhkəmlənəcək və xalqımız ədalət və rifah içində yaşayaraq, ölkəmiz dünya üzrə ən inkişaflı və firavan dövlətlərdən olacaq!
Doğum gününüzü səmimi qəlbdən təbrik edir, Sizə can saglığı, uzun ömür, ölkəmiz dövlətimiz, xalqımıza rəhbərliyinizdə uğurlar arzu edirik!