Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Və nəhayət !!!! Laçın rayonunu işğaldan azad olundu

01.12.2020

Rəşadətli Azərbaycan Ordusunun əzmi və cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və yenilməz iradəsi nəticəsində Laçın rayonu işğaldan azad olundu. Üstəlik də bir güllə atılmadan, bir şəhid verilmədən. Bu çox böyük siyasi qələbədir. Beləliklə bugün Laçın şəhəri nəhayət 28 ildən sonra azaddır. Laçın düşmən tapdağından azad olunaraq öz doğma sakinlərinə qaytarılıb. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib. Ölkə başçısı müraciətində ilk olaraq bu qələbə münasibətilə bütün azərbaycanlıları və xüsusilə də laçınlıları təbrik edib və bildirib ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ölkə başçısı onu da vurğulayıb ki, Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır.

Artıq Azərbaycanın üçrəngli bayrağı Laçında dalğalanır. Müzəffər ordumuz Laçındadır.Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordları idi. Azərbaycan laçının azadlığı ilə ərazi bütövlüyünü bərpa etdi.