02.07.2020
02 iyul 2020-ci il tarixində Mədəniyyət Nazirliyi tərəfindən Regional İdarə rəislərinin iştirakı ilə Videokonfurans keçirilmişdir. Videokonfuransda Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyevin iştirakı ilə bütün ölkə ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrində olduğu kimi, Regional İdarəni əhatə edən (Ağcabədi, Ağdam, Laçın) rayonlar üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrində xüsusi karantin rejimi dövründə bir çox sahələrdə keçirilmiş müxtəlif tədbirlərdən və region daxili mədəniyyət müəssisələrinin işinin tənzimlənməsi, nöqsanların və neqativ halların aradan qaldırılıması, əmək intizamının möhkəmləndirilməsi, tədris müəssisələrinin ciddi nəzarətə götürülməsi və sair məsələlərin həlli məqsədilə İdarə tərəfindən hazırlanmış xüsusi Tədbirlər planına uyğun olaraq, görülmüş işlərdən və qarşıda duruan məsələlərdən bəhs olunmuşdur. Sonda videokonfurans iştirakçıları və Nazirliyin əməkdaşları ilə birgə görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikir mübadilələri aparılmışdır.