Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb

17.06.2020

26 iyun – Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq 17 iyun 2020-ci il tarixdən etibarən Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilir. Qüdrətli Azərbaycan ordusundan və Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətindən bəhs edən kitab və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət "Milli Ordumuz – İftixarımız, Qürur Mənbəyimizdir”" adlı sərgi 27 iyun 2020-ci il tarixədək davam edəcəkdir.Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxslər sərgi ilə tanış ola bilərlər.