Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş günü qeyd olunub

16.06.2020

15 İyun Milli Qurtuluş günü münasibəti ilə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində karantin rejimi qaydalarına əməl edilməklə tədbir keçirilib.15 iyun 2020-ci il tarixdə 08-00-dan 13-00-dək Heydər Əliyev  meydanı boyunca Ümummilli Liderimizə həsr  olunmuş, eləcə də vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.Mərkəzin direktoru Məhsəti  Musanın təqdimatında “15 İyun-Xilas günümüz” adlı virtual sərgi izləyicilərə təqdim edilib, dünya şöhrətli siyasətçi,müdrik dövlət xadimi və ən əsası böyük Azərbaycanlı Heydər Əliyevin   dəhşətli  faciələrlə təkbətək qalmış ölkəmizdə şərəflə həyata keçirdiyi xilaskarlıq missiyası haqqında, o cümlədən müxtəlif sahələrdə gördüyü işlər haqqında məlumat verilib. Bundan sonra mərkəzin digər əməkdaşları da Qurtuluş günü ilə bağlı təəssüratlarını bölüşərək,sosial şəbəkədəki izləyiciləri  təbrik ediblər. SondaMərkəzin əməkdaşları Fariz Bünyatov və Səbinə Nəsirzadə xüsusi karantin günlərində mərkəzin virtual fəaliyyətində göstərdikləri fəallığa görə və 15 İyun Milli Qurtuluş günü münasibəti ilə Fəxri fərman və hədiyyə ilə təltif olundular.