Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Tarix-Diyarşunaslıq Muzeyinin kollektivi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qadın və Uşaq Sığınma evini ziyarət etdilər

01.06.2020

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü valideyn himayəsindən məhrum olmuş körpələri sevindirmək, onların könlünü almaq kimi son dərəcə mühüm və müqəddəs missiyanı yerinə yetirərək Qadın və Uşaq Sığınma evində kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara ərzaq yardımı etmiş, uşaqlarla maraqlı dəqiqələr keçirmişdirlər.