20.05.2020
19 may 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin növbəti videokonfransı keçirilmişdir. Konfransda Regional İdarənin rəisi, Aparat işçiləri və müəssisə rəhbərləri iştirak etmişdir. İclasda Regional İdarənin tabeliyində olan (Ağcabədi, Ağdam, Laçın) mədəniyyət obyektlərinin fəaliyyətinin qısa təhlili aparılmış, nöqsanlar bildirilmiş və tövsiyələr verilmişdir. Regional İdarənin rəisi Rza Quluyev Azərbaycan xalqına məxsus olan maddi-mənəvi mədəniyyət nümunələrinin həm ölkə, həm də beynəlxalq səviyyədə tanıdılması istiqamətində ciddi tapşırıqlarını vermişdir.