Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Unicef Azerbaijan və digər təşkilatlarla qarşlıqlı əməkdaşlığı davam edir

13.05.2020

Unicef Azerbaijan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə yardımı ilə GTM - Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Ağcabədi rayonunda icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində UNICEF -in təşəbbüsü ilə COVİD-19 virusu haqqında əhali arasında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə USAID/Azerbaijan-ın maliyyə dəstəyi ilə hazırlanan maarifləndirmə materiallarının paylanılması işinə Ağcabədi Regional Mədəniyyət İdarəsi də dəstək oldu. Maarifləndirmə kompaniyasında Ağcabədi Regional Mədəniyyət İdarəsi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları da yaxından iştirak edir.