Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi musiqiçilər Ulu öndərin doğum günü münasibəti ilə eyvan konserti təşkil etdi

10.05.2020

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi şəhər Ü.Hacıbəyli adına uşaq İncəsənət məktəbinin kollektivi məcburi köçkünlər üçün salınmış Ümid qəsəbəsində konsert proqramı təşkil etmişlər.Tədbirdə məktəbin müəllimləri Tünzalə Abışzadə, Elçin Əsədov, Pərviz Məhərrəmov , öz ürəy oxşayan səsiylə Həvva Əmrahova, Arzu Abbasov, məktəbimizin məzunu İlqar Quliyev, yaşı kiçik olsada böyük işlər görən bacarıqlı istedadlı şagirdimiz Məcid Məmmədov və başqa qonaqlarımız iştirak etmişlər.Konserti öz eyvanlarından dinləyib tamaşa edən əhalinin sevincinin həddi hüdudu yox idi.Körpəsindən yaşlısına kimi hamı tədbir iştirakçılarını alqışla qarşılayıb sona kimi dinlədilər.