Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

07 may 2020-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsininin növbəti videokonfuransı keçirilmişdir

07.05.2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərəargah tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti, preventiv və tövsiyələri nəzərə alaraq, xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il tarixindək uzadılması eləcədə 04 may 2020-ci il tarixindən xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin yumuşaldılmasına dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 04.05.2020-ci il tarixli 107-k nömrəli Əmrinə əsasən xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin yumuşaldılması ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisələrin fəaliyyətində müəyyən yeniliklərin olması və bu yeniliklərlə yanaşı karantin dövründə yenədə internetin imkanlarından istifadə etməklə işlərin daha da mütəşəkkil formada qurulması üçün 07 may 2020-ci il tarixində saat 11:00-dan 12:00-dək region daxili növbəti videokonfurans keçirilmişdir. Videokonfurans zamanı Regional İdarənin rəisi Rza Quluyev həftə ərzində görülmüş işlər və mövcud problemlər haqqında məlumat verdi, öz iradlarını və tövsiyələrini müəssisə rəhbərlərinə çatdırdı. Daha sonra iclas diskussiya şəklində davam etdirilmiş, nümayəndələr, məsləhətçilər, həmçinin bir neçə müəssisə rəhbərlərinin hesabatları dinlənildi. Diskusiya zamanı İdarənin Aparat işçiləri və tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri iştirak etmiş, xüsusi karantin rejimində müəssisələrdə həyata keçirilən işlərdən, onlayn tədbirlərdən, distant dərslərdən və digər görülmüş işlərdən həmin işlərin mədəniyyət müəssisələri tərəfindən ayrı-ayrılıqda nə dərəcədə görülməsindən bəhs olunmuş, müəssisələr tərəfindən xalqımızın zəngin mədəni irsini təbliğ etməyə, mədəniyyət ocaqları, xalq yaradıcılığı, incəsənət ustaları, sənətkarlar və.s. sahələrdə işlərin internet üzərindən virtual qaydada yayımlanmasın yüksək keyfiyyətlə aparıldığı vurğulanmışdır.