Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 aprel 2020-ci il tarixdə, saat 11 :00-dan 12:30- dək Regional İdarəsinin növbəti videokonfransı keçirilmişdir

20.04.2020

Son günlər məlum səbəblərdən Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisələrin fəaliyyətini əsasən internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışırıq. Bu imkanlar xalqımızın zəngin mədəni irsini təbliğ etməyə, mədəniyyət ocaqları, xalq yaradıcılığı, incəsənət ustaları, sənətkarlar və.s. işləri internet auditoriyasına ətraflı məlumat verməyə şərait yaratmışdır. Mövcud vəziyyətdə təlabatı nəzərə alaraq 20 aprel 2020-ci il tarixdə, saat 11 :00-dan 12:30- dək Regional İdarəsinin Aparat işçiləri və tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri ilə növbəti videokonfransı keçirilmişdir. Regional İdarənin rəisi Rza Quluyev həftə ərzində görülmüş işlər və mövcud problemlər haqqında məlumat verdi, öz iradlarını və tövsiyələrini müəssisə rəhbərlərinə çatdırdı. Daha sonra iclas diskussiya şəklində davam etdirilmiş, nümayəndələr, məsləhətçilər, həmçinin bir neçə müəssisə rəhbərlərinin hesabatları dinlənildi.