Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Aparat işçiləri və tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri ilə növbəti videokonfrans keçirilmişdir

17.04.2020

Son günlər məlum səbəblərdən Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisələrin fəaliyyətini əsasən internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışırıq. Bu imkanlar xalqımızın zəngin mədəni irsini təbliğ etməyə, mədəniyyət ocaqları, xalq yaradıcılığı, incəsənət ustaları, sənətkarlar və.s. işləri internet auditoriyasına ətraflı məlumat verməyə şərait yaratmışdır. Mövcud vəziyyətdə təlabatı nəzərə alaraq 17 aprel 2020-ci il tarixdə, saat 12 :00-dan 14:00-dək Regional İdarənin Aparat işçiləri və tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri ilə növbəti videokonfrans keçirilmişdir. Regional İdarənin rəisi Rza Quluyev ilk öncə Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırıqlarını müəssisə rəhbərlərinə çatdırmış, idarənin qarşısına qoyulan vəzifələrin və təxirəsalınmaz tapşırıqların vaxtı—vaxtında yerinə yetirilməsinin vacibliyini bildirdi, mövcud problemlər və qarşıda duran məsələlər haqqında məlumatlar verdi və müzakirələr edildi. Həmçinin bir neçə müəssisə rəhbərinin hesabatları dinlənildi.