11.04.2020
Son günlər məlum səbəblərdən Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisələrin fəaliyyətini əsasən internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışırıq.Bu imkanlar xalqımızın zəngin mədəni irsini təbliğ etməyə, mədəniyyət ocaqları, xalq yaradıcılığı, incəsənət ustaları, sənətkarlar və.s. işləri internet auditoriyasına ətraflı məlumat verməyə şərait yaratmışdır.Mövcud vəziyyətdə təlabatı nəzərə alaraq 11 aprel 2020-ci il tarixdə, saat 11:00-dan 13:00-dək Regional İdarəninin Aparat işçiləri və tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri ilə videokonfrans keçirilmişdir. Regional İdarənin rəisi Rza Quluyev ilk öncə Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırıqlarını müəssisə rəhbərlərinə çatdırmış, idarənin qarşısına qoyulan vəzifələrin və təxirəsalınmaz tapşırıqların vaxtı—vaxtında yerinə yetirilməsinin vacibliyini bildirmişdir. Daha sonra bəzi müəssisə rəhbərlərinin həftəlik hesabatları dinlənilmişdir. Sonda Regional İdarənin rəisi Rza Quluyev hər kəsə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi şəkildə riayət olunmağını tapşırdı.