Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qarabağ Muğam Mərkəzinin direktoru Cəfərov Tofiq Ağcabədi şəhər sakini,tənha qadına baş çəkdi

09.04.2020

09 aprel 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin direktoru Cəfərov Tofiq Ağcabədi şəhər  sakini, Zülfü Adıgözəlov   küçəsində   yaşayan 62 yaşlı tənha qadın Cəfərova Səadət  Asif qızına baş çəkmiş, ona müxtəlif ərzaq məhsulları, eləcə də tibbi məmulatlar aparmış, həmçinin şəxsi gigiyena qaydalarına ciddi riayət etməsinin vacibliyini bildirmiş və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları ilə tanış etmişdir.