Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələridə online iş rejiminə başlayıb

22.03.2020

Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası bizim ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyyə olunur.Buna Baxmayaraq İstər tədrisin ləngiməməsi,istərsə də şagirdlərin dərsdən geri qalmaması üçün artıq Ağcabədi Regional mədəniyyət İdarəsinin tabeliyində olunan musiqi və muğam məktəblərində online formada (whatsapp,facebook) dərslərin keçirilməsinə başlanıb.Bundan əlavə Regionu əhatə edən muzey,kitabxana və mədəniyyət mərkəzləri öz kitabxana,ekspozisiya və sərgilərini canlı yayınlarla facebook sosial şəbəkəsi üzərindən (Ağcabədi Regional Mədəniyyət İdarəsi adı üzərindən) gün ərzində canlı yayımlarla və paylaşılmış videolarla sərgiləyir.Ağcabədi Regional Mədəniyyət İdarəsinin kitabxana,muzey,musiqi və muğam məktəblərinin işi artıq online formada davam etdirlir.Maraq edən vətəndaşların kanalamıza qoşulmağını tövsiyyə edirik.

Hörmətlə: Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyi