Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayonu Cabbar Qaryağdı oğlu adına 1 nömrəli uşaq musiqi məktəbində dərmanlanma prossesi keçirildi

21.03.2020

Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən Abşeron rayonu ,Masazır qəsəbəsi Zəngilan düşərgəsində yerləşən Ağdam rayonu Cabbar Qaryağdı oğlu adına 1 nömrəli uşaq musiqi məktəbində Abşeron rayon tibbi gigiyena işçiləri tərəfindən növbəti dərmanlama prossesi keçirildi.Məktəbdə tədris olmamasına baxmayaraq məktəb məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır dərmanlanma işləri aparılır.Məktəbdə növbətçilik sistemi də qrafik üzrə yerinə yetirilir.Növbətçilər virus əleyhinə maska və spirt məhlulu ilə təhciz olunub.Məktəbin qapılarına və məktəb daxilində məlumat lövhəsinə virus əleyhinə maarifləndirici lövhələr vurulub.Məktəbdə tədris olmadığına görə məktəb online iş rejiminə keçib.məktəblə əlaqə ancaq online formada( email,whatsapp və facebook şəbəkəsi) formada aparılır.Artıq məktəbdə müəllimlər və şagirdlər arasında canlı yayımlarla tədrisin davam etdirilməsi prossesinə başlanılıb.