12.03.2020
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsi ilə təşkil olunmuş “DOST xonçası” aksiyasına Mədəniyyət Nazirliyi də qoşulmuşdur. Buna müvafiq olaraq digər Regional Mədəniyyət İdarələri kimi Ağcabədi Regional Mədəniyyət İdarəsi də bu kampaniyaya dəstək olmuşdur. Bu münasibətlə Regional İdarənin əhatə etdiyi (Ağcabədi, Ağdam, Laçın) rayonlarda aztəminatlı ailələr, evlərində tək yaşayan ahıllar və həssas qrupdan olan digər insanlarımız “DOST xonça”ları ilə təbrik edilmişdir. Ağcabədi Regional Mədəniyyət İdarəsi olaraq bu aksiyanı bayram günlərinin sonuna qədər davam etdirəcəyik.