26.02.2020
25 fevral 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon mədəniyyət işçiləri Xocalı Soyqırımının 28-ci ildönümü ilə ələqadar tədbir keçirmişlər.
Laçın rayon üzrə nümayyəndə Asif Əliyev qaniçən erməni cəlladlarının Xocalıda törətdikləri qətlyamlarla bağlı ətraflı məlumat vermişdir. Digər natiqlər; Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru Şamil Ələsgərov, Mədəniyyət Mərkəzinin direktoru Sadıq Axundov, Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının sədri Səfər Quluyev və başqaları çıxışlarında ermənilərin 366-cı motoatıcı alayının köməyi ilə çoxsaylı insan qətlyamı ilə nəticələnən soyqırım törətdiklərini, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin heç zaman unudulmayacağını bildirdilər.