Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS azyaşlı oxucular üçün “Nağıl saatı” təşkil edib

24.11.2017

23, 24 noyabr 2017-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon MKS-in Yeni Qaradolaq kənd kitabxanasının əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatının təbliği ilə əlaqədar görüləcək işlərə dair Tədbirlər Planına əsasən azyaşlı oxucuların mütaliəyə həvəsini artırmaq məqsədilə “Nağıl saatı” təşkil edib. İlk öncə uşaqlara “Bulud” nağılı ucadan oxundu. Nağıl kiçik yaşlı oxucuların marağına səbəb oldu və oxunan nağılla bağlı sual-cavab aparıldı.Sonra balacalar digər nağıllar və şəkilli kitablarla yaxından tanış oldular. Nağıl saatı”nin keçirilməsində məqsəd uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, kitaba olan marağını artırmaq, onları vətənpərvərlik ruhunda tərbiyyə etməkdən ibarətdir.