Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi Ağdam rayon üzrə nümayəndəliyində müşavirə keçirildi.

13.09.2017

13.09.2017-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdam rayonu üzrə nümayəndəliyində mədəniyyət evi,klublar və kitabxana işçilərinin iştirakıyla geniş müşavirə keçirilmişdir. Müşavirədə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyevdə iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdam rayonu üzrə nümayəndəsi Şahin Qasımov açmış, nümayəndəliyin gördüyü işlərdən və yeni mövsümdə qarşıda duran tapşırıqlar və görüləsi işlər haqqında müşavirə iştirakçılarına məlumat vermişdir. Həmçinin müşavirədə Ağdam rayon Güllücə mədəniyyət evinin direktoru İlham Hüseynov mədəniyyət sahəsində görülən işlər haqqında ətraflı məlumat verdi.

Digər çıxış edənlər MKS-nin biblioqrfiya şöbəsinin işçisi Kəmalə Fərəcova, Ücoğlan kənd kitabxanasının müdiri Sevinc Cəfərova, Çəmənli kənd mədəniyyət evinin direktoru Şəfəq Şirinova və başqa çıxışçılar Ağdam rayonunda mədəniyyət obyektləri, kitabxanaların vəziyyəti, mədəni mühitin daha da müassir seviyyədə inkişaf etdirilməsi yönündə görülmüş işlər və qarşıda duran vəzifər haqqında müşavirə iştirakçılarına geniş məruzələr etmişdilər.

Müavirənin sonunda yekun olaraq, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyev çıxış edərək ölkəmizin mədəni həyatında baş verən yenilikər, mədəniyyət siyasətinin səmərəli davam və inkişaf etdirilməsi istiqamətində regionun mədəniyyət işçilərinin üzərinə çox işlər düşdüyünü, bu sahədə hər birimizin fədakar olmağımızı vurğulamışdır. Eləcədə özünü doğrultmayan yeniliklərdən qıraqda qalan, vahid standartlara uyğun gəlməyən mədəniyyət müəssisələrinin gələcəkdə ləğv ediləcəyində müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. İdarəsinin rəisi Rza Quluyev sonda bütün mədəniyyət işçilərinə öz tapşırıq və tövsiyyələrini vermiş və hər birinə işlərində uğurlar arzulamışdır...