Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhər Uşaq İncəsənət məktəbinin hazırladığı ”Qış nağılı”

07.01.2020

30 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Ağcabədi rayonu Heydər Əliyev meydanında təntənəli Yeni İl şənliyi keçirilmişdir. Ağcabədi rayon Regional Mədəniyyət idarəsi Ü.Hacıbəyli adına Şəhər Uşaq İncəsənət məktəbinin hazırladığı "Qış nağılı" adlı tədbirdə orta məktəblər ilə yanaşı körpələr evi uşaq bağçasıda iştirak etdilər. Bununla yanaşı MSK-nın açıq sərgisi və Heydər Əliyev muzeyinin əl işlərindən ibarət satış sərgisidə təşkil olunmuşdur.Tədbirdə ilk öncə hər kəs salamlanaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti təbrik edildi. Hər bir kəsə xoş niyyətlər, xoş arzular diləklər söylənildi və Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin "Qarabağ" rəqs qrupu "Azərbaycan" mahnısının sədaları altında rəqs edərək, əllərində tutmuş olduqları üç rəngli bayrağımızın rənglərindən ibarət olan şarları havaya buraxdılar.
Tədbir öz axarı ilə davam edərkən təbrikə gəlmiş müğənnilərimizdə uşaqlara, böyüklərə sevilən nəğmələri ilə xoş anlar bəxş etdilər.
Bununla yanaşı uşaqların sevimlisi olan nağıl qəhrəmanları maraqlı dialoqları və əyləncəli çıxışları ilə uşaqların, böyüklərin rəğbətini qazandılar. Meşədə itmiş dovşanı cadıların əlindən xilas etməyə gələn miki mauslar, Şaxtababanı axtarışa çıxmış dəcəl Maşa, qorxusuz və bacarıqlı balaca Şaxtababa, Qarqız, Tık-tık xanım, Pamuk Prenses və başqa nağıl qəhrəmanları öz istedadlarını birgə göstərmişlər. Cadıların etdiyi rəqs, Miki Mausların rəqsi, Maşanın, balaca Şaxtabanın gözəl, göyçək nəvəsi ilə etdiyi "Nazeləmə" rəqsi, nağıl qəhrəmanlarından ibarət "Qar dənəciyi" rəqsi, "Tarantella", Tık-tık xanımın siçan bəylə etdiyi rəqs və daha nələr nələr...
Nəhayət uşaqların çağırışı ilə Şaxtabının gəlişi hər kəsi sevindirdi. Uşaqlar, dedilər, güldülər, oynadılar və Şaxtababa üçün şeir söylədilər. Tamaşaçılar içərisindən seçilmiş 5 uşaq isə Viktorinada qalib olaraq Şaxtababa tərəfindən hədiyyələrlə mükafatlandılar.
Qısaca hər kəsin könlü xoş, üzü gülər oldu. Sonda gələrək ili təhvil alan "Ağ Siçan" hər kəsi təbrik edərək, xoş illər, xoş günlər arzuladı. Onun bizim üçün, xalqımız üçün düşərli olacağını söylədi.
Bizdə bu xoş niyyətlərə, xoş arzulara qoşularaq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti hər kəsi təbrik edirik. YENİ İLİNİZ MÜBARƏK...!!!