06.12.2019
Ümummilli Lider Heydər Əliyevin “Anım Günü” ilə əlaqədar olaraq 06 dekabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Ağcabədi şəhər 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbir öncə eksponatlarla tanışlıqla başladı. Mərkəzin bələdçisi Cavid İsmayılov tədbir iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verdi.Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Ulu Öndər Heydər Əliyev siyasi irsi, eləcə də “Anım günü” ilə əlaqədar olaraq Mərkəzdə keçirilən silsilə tədbirlər haqqında məktəblilərə ətraflı məlumat verdi. Azərbaycanın Müstəqilliyinin bərpa etdikdən sonra yenidən bu müstəqillin itirilməsi təhlükəsindən, o dövrdə ölkə daxilində gedən iğtişaşlardan və belə vəziyyətdə xalqın təkidlə Dahi Liderimiz Heydər Əliyevə müraciət etməsindən söz açdı. O, bildirdi ki, məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra böhran yaşayan iqtisadiyyatımız dirçəliş, sonra isə inkişaf yoluna qədəm qoydu. Azərbaycanda hər bir sahədə böyük işlər görüldü. Ölkəmiz gündən-günə inkişaf etməyə başladı.Sonra Mərkəzin baş fond mühafizi Rövşanə Əliyeva “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış etdi. Daha sonra Mərkəzin əməkdaşları Fariz Bünyatov və Cavid İsmayılov, şəhər 6 saylı tam orta məktəbin şagirdi Yeganə Abbasova çıxış edərək bildirmişlər ki, hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru dəyişmişdir. 1969-82 -ci illərdə baş verən bütün köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq səlnaməsində ən dolğun səhifələri təşkil edir. O da diqqətə çatdırılmışdır ki, təməli Ulu Öndər tərəfindən qoyulan dövlət quruculuğu prosesi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Çıxışlardan sonra Ulu öndərə həsr olunmuş və mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Xalqa Bağışlanan Ömür” adlı sənədli film nümayiş etdirildi.