Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda “Beynəlxalq Əlillər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir

03.12.2019

03 Dekabr, 2019-ci il tarixdə Ağcabədi rayonunda “03 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı, aparat işçiləri, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi və mədəniyyət işçiləri, rayon ziyalıları və əmək fəaliyyətini itirmiş bir qrup insanlar iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin qarşısına tər çiçəklər düzərək dahi rəhbərin xatirəsini yad etmişlər. Tədbir “Qızıl Saray” şadlıq evində davam etmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov və I qrup Qarabağ müharibəsi əlili, Tərəqqi medallı Ramil Nağıyev çıxış edərək əlamətdar günün hər olduğu kimi, bu il də Ağcabədi rayonunda geniş şəkildə qeyd edilməsindən, əmək fəaliyyətinin itirmiş insanlara dövlət tərəfindən daimi dəstək və qayğıdan söz açmışlar. Tədbirin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq musiqi məktəbinin ansamblı gözəl, baxımlı musiqi proqramları ilə çıxışlar etmişlər. Nümayiş olunan rəqs nömrələri, oxunan mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılanmışdır. 03 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbir 2 saata yaxın davam etmiş və bir neçə telekanal tərəfindən lentə alınmışdır.