15.11.2019
15 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini cənab Rafiq Bayramov Ağcabədi Rayon Bayraq Muzeyində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda sakinlərin problem və təklifləri dinlənilmiş, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmış, bəzi müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi məqsədilə müvafiq göstərişlər verilmişdir.