Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Milli Dirçəliş Günü ” münasibətilə tədbir təşkil edilmişdir.

16.11.2017

16 noyabr 2017-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Milli Dirçəliş Günü ” münasibətilə tədbir təşkil edilmişdir.Mərkəzdə fəaliyyət göstərən dərnəklərin üzvlərinin iştirak etdiyi tədbirdə öncə 17 noyabr - “Milli Dirçəliş Günü” haqqında ətraflı məlumat verilərək bildirildi ki, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil olub. Ümummilli Liderimiz Heydər Əliyevin vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başlamışdı. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirilən ilk sessiyası zamanı Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Daha sonra “Milli Dirçəliş Günü”ndən bəhs edən “Dirçəliş və birlik tariximiz” adlı sənədli filmi nümayiş etdirilmişdir.