Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

23.09.2019

20 sentyabr 2019-cu il tarixdə Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar olaraq Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər 7 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Məktəblilərin iştirakı ilə keçirilən tədbirdə öncə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Fariz Bünyatovun “Heydər Əliyevin uğurlu neft strategiyası” adlı məruzəsi dinlənilib. Məruzə zamanı məktəblilərə Ulu Öndərin həyat və fəaliyyəti, bütün sahələrdə həyata keçirdiyi islahatlar və neft strategiyası haqqında ətraflı məlumat verilərək bildirimişdir ki, “Əsrin müqaviləsi” neft kontraktı tarixi əhəmiyyətə malikdir. Məhz bu müqavilə ilə Azərbaycan öz müstəqilliyini möhkəmləndirib və sonrakı illərdə ölkəmiz regionun lider ölkəsinə çevrilib.Daha sonra məktəbin direktoru Polad Musayev Ulu Öndər Heydər Əliyevin neft siyasəti haqqında danışaraq bildirmişdir ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün olub. Həmin gün Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalanıb. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Bu saziş həmçinin, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi.Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.