20.01.2026
Regional İdarənin kollektivi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.
Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, mədəniyyət müəssisələrinin nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günündə Ağcabədidə yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülüb, əziz xatirələri ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
#20Yanvar #20yanvar1990