Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı birgə mübarizə aparaq” adlı maarifləndirici tədbir keçirilib

03.12.2025

03.12.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində yerləşən Ağcabədi rayonu üzrə mədəniyyət müəssisələrinin (Ağcabədi rayon Mədəniyyət Mərkəzi, Ağcabədi rayon MKS, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyi, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi Dövlət Qalereyasının) birgə təşkilatçılığı ilə Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı birgə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi cəmiyyətdə korrupsiyaya qarşı barışmaz mövqeyin formalaşdırılması, vətəndaşların korrupsiyanın mahiyyəti, onun fəsadları və qarşısının alınması yolları barədə biliklərinin artırılmasını, həmçinin dövlət, cəmiyyət və fərdlər arasında əməkdaşlığın gücləndirilməsini, şəffaflıq və dürüstlük prinsiplərinin geniş şəkildə təşviqini hədəfləmişdir. Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmış və slayd (videoçarx) təqdim olunmuşdur.  

 

161.5 KB

 

163.2 KB

 

163.7 KB