03.12.2025
03.12.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tərtər rayon Uşaq Musiqi Məktəbinin təşkilatçılığı və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşının iştirakı ilə “Korrupsiyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilmişdir. Maarifləndirici tədbir interaktiv təqdimatlar, açıq müzakirələr və sual-cavab sessiyası formatında təşkil olunmuşdur. Tədbirin əsas məqsədi cəmiyyətdə korrupsiyaya qarşı barışmaz mövqeyin formalaşdırılması, vətəndaşların korrupsiyanın mahiyyəti, onun fəsadları və qarşısının alınması yolları barədə maarifləndmək və şəffaflıq, dürüstlük və ədalət prinsiplərinin təşviqinə, eyni zamanda hər bir fərdin korrupsiyaya qarşı mübarizədə məsuliyyət daşıdığını dərk etməsinə xidmət etmək olmuşdur.