Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa rayon Xəlfəli kənd Uşaq musiqi məktəbində korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

03.12.2025

03.12.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbində Şuşa rayon Polis Şöbəsinin əməkdaşının iştirakı ilə “Korrupsiyaya qarşı birgə mübarizə və maarifləndirmə strategiyaları” mövzusunda tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi cəmiyyətdə korrupsiyaya qarşı maarifləndirməni gücləndirmək, dövlət və vətəndaşların birgə fəaliyyətini təşviq etmək və korrupsiyanın qarşısının alınması üçün effektiv strategiyaları təqdim etmək olmuşdur. Tədbir həmçinin iştirakçılarda şəffaflıq və dürüstlük mədəniyyətini formalaşdırmaq, hər bir fərdin korrupsiyaya qarşı məsuliyyətini artırmaq üçün nəzərdə tutulmuşdur. Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmış və interaktiv diskussiya təşkil olunmuşdur.  

 

50.4 KB

 

44.7 KB

 

45.2 KB